TAHIR PAŞANIN ÖZÜ VƏ SÖZÜ

Tahir Paşa ilə mənim tanışlığımın təxminən 25 illik bir tarixi var. Universitetin jurnalistika fakültsində o, məndən iki kurs aşağıda oxuyurdu. Qaynar təbiətli, çılğın bir oğlan idi. O vaxt biz tələbələr tənəffüs vaxtı kurs və yaş fərqinə baxmayaraq dəhlizdə, auditoriyalarda  qəzet və jurnalların təzə nömrələrində dərc olunmuş səs salan yazılar barədə qızğın mübahisələr edir, fikir bölüşürdük və belə mübahisə və müzakirələrdə ən çıldğın, emosional çıxış edənlərdən biri də Tahir idi. Hiss olunurdu ki, universitetə həyatın çətinliklərindən, isti-soyuğundan keçib gəlmiş bu oğlanın içi doludur, onun deməyə öz sözü,  öz fikri var.

Davamı...

Baxış sayı: 60
Açar sözlər:

YAZIÇI-PUBLİSİST TOABDİNLƏ SÖHBƏT

     

       -  Sən  də ƏLLİ yaşa gəlib çıxdın Əlisəftər bəy? Nədir bu yaşın sənin üçün sevinci və vahiməsi?
       - İnsan həyatı elədir ki, ömrün istənilən məqamında dönüb arxaya baxanda yaşadığı illərin, qəlbinə hakim kəsilmiş xatirələrin dəqiq riyazi hesabını apara bildiyi halda, irəlidə onu nə gözlədiyini, yaşayacağı illərin, gedəcəyi yolların ölçüsünü müəyyən etməkdə acizdir. Bildiyi yeganə şey odur ki, qarşdakı yollar, illər, günlər, anlar amansızcaına qısalır.
Tez-tez özndən 7-8 yaş böyük olan cantaraq oğlanlara baxıb «aman allah, görəsən  mən də böyüyüb  onlar boyda olacağammı?» deyə fikirləşə-fikirləşə böyüməyin, yaşa dolmağın xoşbəxtlik olduğunu düşünən balaca bir oğlanın – mənim uşaqlığımın xiffətini, həsrətini yada salıram.  O uşaq hardan biləydi ki, vaxt gələcək böyümək eşqi, yanğısı gur bulağın yavaş-yavaş qurumağı kimi sönəcək və qələm dostum Müsəllim Həsənovun təbirincə desəm, ömrün 50-ci mərtəbəsində irəlidəki yolların keçilən yollardan qısa olmasının dərkindən yaranan vahiməni, narahatlığı indiyə qədər etdiklərinin, yaşadıqlarının  təskinliyi ilə ovundurmağa çalışacaq. İnsan belədir – ömrünün bir hisssini sabaha baxa-baxa, gələcəkdən inam, ümid borc ala-ala,  ləngiyən vaxtı qova-qova, bir yarısını isə  keçmişindən təskinlik uma-uma,  quş kimi uçub gedən vaxtın ayağından darta-darta yaşayır.
Biz hamımız anadan olandan öz sonumuza doğru Tanrının məsləhət bildiyi qədər yol gedirik. 50 yaşa çatmısansa – Taqrının səxavətinə şükür. Bundan sonra nə yaşayacaqsa o da Yaradanın mərhəmətidir.

Davamı...

Baxış sayı: 68
Açar sözlər:

SƏNƏTƏ MƏHƏBBƏTLƏ

   

     Аzərbaycanda kinonun nəzəriyyəsi, ekran sənətinin estetik problemləri ilə ardıcıl məşğul olan azsaylı mütəxəssislərdən birinin – sənətşünaslıq namizədi Əlisəfdər Hüseynovun yeni kitabı qarşınızdadır. Nəsillərin dəyişdiyi, yeni iqtisadi şərait və mənəvi tələblər fonunda milli kino sənətimizin öz simasını müəyyən-ləşdirməyə cəhd göstərdiyi indiki dövrdə bu kitabın nəşri çox yerinə düşür. Çünki Əlisəfdər ekran yaradıcılığının təcrübəsi ilə nəzə-riyyəsini sözün yaxşı mənasında bir-birinə yaxınlaşdırmağa çalışan, daha doğ\rusu nəzəri mülahizələri, tapıntıları praktiki uğurların təməlində görmək istəyən və əksinə, konkret yaradıcılıq nailiy-yətlərini nəzəri axtarışlara stimul verən amil kimi nəzərdən keçirən sənətşünasdır. Azərbaycan kinosunun məhz bu məqamlarda zamanın tələbləri ilə ayaqlaşmaqda çəkdiyi çətinliklərin ağrısını milli kinoşünaslığımızda Əlisəfdər kimi dərindən yaşayan, bu ağrını azaltmaq üçün onun qədər çalışan qələm sahibləri çox azdır. «Tanış mövzuda variasiyalar» kitabını bu yolda onun atdığı növbəti uğurlu addım kimi dəyərləndirmək olar.

Davamı...

Baxış sayı: 106
Açar sözlər:

BIR CƏNUB ŞƏHƏRİNDƏ

    

       E.Quliyevin çəkdiyi "Bir cənub şəhərində" filmində kinometaforanın ümumiləşdirilmiş obraz növündən, habelə kinosimvollardan uğurla istifadə olunmuşdur. Bu vasitələr filmin ideyasını, müəllifin konsepsiyasını daha obrazlı şəkildə ifadə üsulu kimi tətbiq olunduğundan filmdə uğurlu dil materiallarına çevrilmişdir. Bu baxımdan filmin başlanğıc və son epizodları daha çox maraq doğurur.

Davamı...

Baxış sayı: 154
Açar sözlər:

MÜŞAHİDƏÇİ, TƏHKİYƏÇİ VƏ MÜƏLLİF

   

     Ekran təhkiyəsi müəyyən hadisələrin iştirakçısı olan  müşahidəçi (təsvirçi)  ilə «hadisələri seçən, məntiqi ardıcıllığı müəyənləşdirən» təhkiyəçinin müştərək gördüyü işdir. Ekran təhkiyəsinin bu iki subyekti həmişə bir-birinin varlığını tələb edir: birinci olması  ikinciyə ehtiyac da qalmır, ikincinin yoxluğu birincinin gördüyü işi heçə endirir.
    Müşahidəçi hadisələrə, ümumiyyətlə, ekranın üçölçülü məkanındakı hər hansı bir əşyaya, hadisəyə baxan, onları zahirən seyr edən subyektdir. Qarşısındakını donuq, dəyişməz görüm bucağından seyr edib avtomatik təsvir yaradan subyektdən fərqli olaraq, onun yerinə yetirdiyi funksiyalar daha mürəkkəbdir. Yəni müşahidəçi passiv seyrçi deyil, o baxa-baxa statik təsvir yox, mətn elementi yaradır. Bu, müşahidəçinin aşağıdakı imkanları ilə şərtlənir: 1.O, son dərəcə fəaldır, istər fiziki, istərsə də psixoloji planda  mövqeyini sürətlə dəyişir. Müşahidəçi baş verən hadisələrin mütləq iştirakçısıdır, çox vaxt insanın adi, normal seyretmə imkanlarının hüdudlarından kənara çıxaraq istədiyi mövqeyi seçir, istədiyi yerdə dayanır və istədiyi vaxt  öz mövqeyini  parsonajlardan birinin mövqeyinə çevirir, qarşıya onun görüm bucağından baxır. 2. Filmdə müşahidəçinin zamanı həmişə sabitdir – inqdiki zaman. O, keçmişdə qalan və gələcəkdə baş verəcək hadisələri bu hadisələrin canlı şahidi mövqeyindən təsvir edir. Həmin mövqe isə yalnız indiki zamanı tələb edir, buna görə də reallıq illüziyası yaradır.

Davamı...

Baxış sayı: 160
Açar sözlər:

ÖZÜNƏ GÜLƏN ADAM

   

      Bu sazaqlı, çiskinli payız axşvmı hardan gəlib yadıma düşdü Fazil Salayev? Niyə birdən-birə onun qəmli, kədərli gözlərini, bu kədərə, qəmə uyuşmayan komik hoqqalarını xatırladım? Bəlkə Fazil payızda doğulubmuş, bəlkə payızı xoşlayırmış, yaxud payızda mənim kimi sıxılırmış, darıxırmış? Bəlkə payızın qızılı rəngi ilə Fəzilin ömür yolu arasında qovuşan nöqtələrdir məni bu axşamkı duyğuların cənginə salan? Bilmirəm, vallah bilmirəm. Onun bu dünyaya nə vaxt, harada doğulduğundan, bu dünyadan dəqiq nə vaxt köçdüyündən də xəbərim yoxdur. Özünü də şəxsən tanımamışam, üzbəüz oturub söhbət etməmişəm, amma o qəmli gözlərə sahiblik eləyə-eləyə Fazilin  dünyanın ən fasiəvi obrazını yarada biləsəyinə nədənsə bu axşam dəlicəsinə inanmağım gəlir. Fazil ekran sənətimizə fasiənin komizmini gətiərən nadir istetad sahibi idi – kədərin astar üzünü, kədərin boyuna bərabər gülüşü oynayırdı, kədərdən bezib güldürürdü.
   Bu cür fikirləşə-fikirləşə gülüş haqqında deyilmiş ən «ütülü», ən sığallı sözlərin müqabilində az qala hayqırmaq istəyirsən: Gülüş kədərin zirvəsidir, gülüş kədərin qurtardığı son, başladığı ilk nöqtədir.

Davamı...

Baxış sayı: 196
Açar sözlər: aktyor fazil salayev kino obraz 

İKİ HƏSƏNDƏN BİRİ…

   

    Bu şəkildəki məkan şərti məkandır, yəni kinostudiyada istehsal olunmuş bir filmin hansısa bir epizodunun baş verdiyi yerdir. Xudmani kabinet illüziyası doğuran əşyalar – stol, kreslo, aşırma təqvim, qeyd dəftərləri, telefon aparatları… və üz-üzə oturub bir-birinin gözlərinin içinə baxan iki şəxs – Azərbaycan kinosunun iki böyük aktyoru, iki Həsən…
    Soldakı Həsənin (Məmmədovun) qaraldılmış saçlarını nəzərə almasaq hər ikisisnin üz-gözü qrimsizdir. Aktyor qrimsiz özünə daha çox bənzəyir, özünə daha yaxın olur – necə ki, bu şəkildə qarşı-qarşıya dayananlar, məsələn Gəray bəy, Abbasqulu bəy, Oqtay, Cəfər xan, Kəbirlinsiki, Murad, Bəxtiyar, nə bilim, daha kimlər deyil, iki aktyordur, iki Həsəndir - Turabov və Məmmədov.
    Bu şəklin kompozisiyasında, çatdırdığı informasiyanın məzmununda qeyri-adi heç nə yoxdur, amma bununla belə bu şəkildə adi olmayan, orada əks olunan məqamı  ötərilikdən çıxaran  nə isə var və adam bu «nə isə»nin cazibəsinə düşüb bü şəkilə adi şəkilə baxdığından bir qədər çox baxır və təkcə baxmaqla kifayətlənmir, həm də xatırlayır, düşünür, kövrəlir..
    Düşünür, ona görə ki, Azərbaycan kinosunu  bu iki aktyorsuz – iki  Həsənsiz heç cür təsəvvür etmək olmur.

Davamı...

Baxış sayı: 188
Açar sözlər: kino ssenari ekran film aktyor 


  Yazılar cəmi: 42   Sonrakı səhifə »

Blog Haqqında


Əlisəftər

HÜSEYNOV ƏLİSƏFTƏR MÜRSƏL oğlu. 1959-cu ildə Göycayda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Həsən Məmmədov"(1990), "Döyüş havası"(1996), "Kino: yuxudan reallığa"(1998), "Kino və poeziya"(2000),"Tanış mövzuda variasiyalar"(2009) kitablarının müəllifidir. Sənətşünaslıq namizədidir.
E-POÇT: alisaftar50@mail.ru

Axtarış

Açar sözlər

aktyor  kino  ekran  film  ssenari  fazil  obraz  salayev 

Sayqaç

İndi blogda: 1
Keçən ayın hiti: 1931
Dünənki hit: 38
Bugünki hit: 51
Ümumi hit: 10608